Sarkozi prezident seçkilərini uduzdu

img

07-05-2012 [10:07]


Mayın 6-da Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Həlledici mərhələdə ölkənin fəaliyyətdə olan prezidenti Nikola Sarkozi və sosialist Fransua Olland mübarizə aparıb.Kontinental Fransada seçki məntəqələri yerli vaxtla saat 08.00-da (Bakı vaxtı ilə 11.00) açılıb və saat 18.00-dək (Bakı vaxtı ilə 21.00), böyük şəhərlərdə isə saat 20.00-dək (Bakı vaxtı ilə 23.00) işləyib. İlkin təxmini nəticələrin artıq açıqlandığı bildirlir. Belçikada çıxan "Suar" qəzetinin yaydığı məlumata görə, Fransua Olland prezident Nikola Sarkozi üzərində qələbə qazanıb. Qəzetin xəbərinə görə, sorğu mərkəzlərinin proqnozu doğrulub, Olland ümumi səslərin 53, Sarkozi isə 47 faizini qazanıb. (musavat.com) Sarkozi məğlubiyyətini qəbul edib. O, yeni prezidenti təbrik edərək, ona ugurlar arzulayıb. Ronald da öz növbəsində Sarkoziyə 5 illik fəaliyyətinə görə təşəkkür edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA