BMT TŞ Azərbaycanın sədrliyi ilə ilk qətnaməsini qəbul edib

img

03-05-2012 [01:01]


Mayın 2-də BMT?nin Nyu-Yorkdakı baş qərargahında qurumun Təhlükəsizlik Şurası Azərbaycanın sədrliyi ilə ilk iclasını keçirib. İclasda Şuranın üzv dövlətləri Sudan və Cənubi Sudanı dərhal sərhədboyu hərbi əməliyyatlara son qoyaraq silahlı qüvvələrini geri qaytarmaq, iki həftə ərzində danışıqlar masası arxasına qayıdaraq aralarında olan məsələlər üzrə maksimum üç ay ərzində razılığa gəlməyə çağırıb. Əks təqdirdə, tərəflərə qarşı BMT-nin nizamnaməsinə uyğun ?müvafiq tədbirlər?, o cümlədən başqa BMT-yə üzv dövlətlərlə kommunikasiya vasitələrinin və ya iqtisadi münasibətlərin tam və ya qismən dayandırılması, eləcə də diplomatik əlaqələrə xitam verilməsi kimi addımlar atıla bilər. ABŞ tərəfindən təklif edilən və Sudan ilə Cənubi Sudan arasında sərhədboyu vəziyyəti ?beynəlxalq sülh və sabitliyə ciddi təhdid? adlandıran qətnamə layihəsi Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik Şurasının bütün 15 üzvü tərəfindən yekdilliklə qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA