Avropa Birliyi Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

img

02-05-2012 [03:21]


Avropa Parlamentinin Azərbaycan və Ermənistanla bağlı sonuncu qətnaməsi açıq şəkildə göstərdi ki, Avropa Birliyi Azərbaycanı dəstəkləyir. Lent.az-ın verdiyi məlumata görə, Almaniya Cəmiyyətinin Xarici Siyasətinin Rusiya və MDB üzrə Araşdırma Proqramının direktoru Aleksandr Rar bunu ?Novosti Armenia? saytına müsahibəsində söyləyib. Aleksandr Rarın sözlərinə görə, bu gün Avropa Birliyinin erməni qoşunlarının Dağlıq Qarabağ münaqişəsi zonasından çıxmasını tələb etməməsinin yeganə səbəbi odur ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin bu münaqişənin tərəfləri arasında sülh yolu ilə həll edilməsinə çalışır: ?Bu gün Cənubi Qafqazdakı münaqişələr hələ ki, Avropada xüsusi müzakirə olunmur. Əsas diqqət İranla müharibə təhlükəsinin artmasına yönəlib. Digər tərəfdən, Cənubi Qafqazda ABŞ-ın təsiri çox böyükdür. Bütün bunlara görə də Avropa Birliyi ATƏT-in Minsk Qrupu xətti ilə yaranmış vəziyyətlə bağlı sönük şəkildə narahatlığını bildirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA