Sarkozi uduzdu, prezident seçkiləri ikinci tura qaldı

img

23-04-2012 [10:18]


Dünən Fransada prezident seçkisi keçirilib. Seçkidə iştirak etmək üçün 44 milyon yarıma yaxın seçici qeydə alınıb. Prezidentlik uğrunda 10 namizəd mübarizə aparırıb.Xəbərə görə, Fransanın hazırkı prezidenti Nikolya Sarkozi ən ciddi rəqibi Fransua Olanda uduzub. Amma Oland da prezidentlik ücün tələb olunan səsləri toplaya bilmədiyindən seçkinin qalibi ikinci turda müəyyənləşəcək. Səslər namizədlər arasında aşağıdakı kimi bölünüb: Fransua Oland - 28,40 % Nikolya Sarkozi - 25,50 % Marin Le Pen - 20 % Jan-Luk Mélenxon 11% Fransua Bayrou - 8,5 % Rəy sorğusunun nəticələrinə görə, ikinci turda da əsas mübarizənin indiki prezident Nikolya Sarkozi ilə Sosialist partiyasının lideri Fransua Oland arasında gedəcək.Seçkinin ikinci mərhələsi mayın 6-da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA