Elmar Məmmədyarov Brüsselə gedəcək

img

16-04-2012 [02:28]


Xarici işlər naziri Elmar Məmmədyarov bu həftə Brüsseldə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibinə daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Toplantı aprelin 18-20-də alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək. Görüşdə İSAF proqramlarının reallaşma perspektivləri müzakirə olunacaq. Bundan başqa, nazirin ikitərəfli görüşləri də nəzərdə tutulur. Xatırladaq ki, İSAF 2001-ci ildən Əfqanıstanda NATO-nun rəhbərliyi altında fəaliyyət göstərən hərbi kontingentdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA