Gənclər ABŞ səfirliyində görüzüblər

img

10-04-2012 [11:49]


ABS səfirliyinin siyasi məsələlər üzrə müsaviri Brigette Buchet, mədəniyyət və təhsil müşaviri Christofer Jones və digər əməkdaşlarla müxtəlif Gənclər Təşkilatı sədrləri arasında göruş keçirilib. Göruşdə ADP, AXCP, Musavat, VHP Gənclər təşkilatları sədrləri habelə Dalga, Nida, Müsbət Dəyişikliklər Gənclər hərakatlarının nümayəndələri iştirak ediblər. Görüşdə iştirak edən ADP sədrinin gənclərlə iş üzrə müavini Cəmil Hacıyev ABS diplomatlarına ölkədə gənc siyasətçilərin təqib və həbslərə məruz qalması, partiyanın gənclərin siyasi aktivliyi ilə bağlı siyasəti və gənclər təşkilatlarının əlaqələri haqqında məlumat verib. Görüşdə iştirak edən digər gənc liderlər də ölkədə mövcud problemlərdən, xüsusilə də azad toplantı və söz azadlığının hakimiyyət tərəfindən tapdalanmasından, gənclərin təzyiqlərə məruz qalmasından danışıblar. Daha sonra diplomatlarla bu məsələlər ətrafında fikir mübadiləsi olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA