Lavrov irəvandan Qarabağla bağlı bəyanat verdi

img

02-04-2012 [09:44]


Rusiya Qarabağ nizamlanması üzrə dialoqun davam etdirilməsinə hərtərəfli səylər göstərməyə hazırdır. Belə bir bəyanatla İrəvanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov çıxış edib. Brifinqdə jurnalistlərin suallarını cavablandıran diplomat bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev ATƏT-in Minsk qrupu həmsədrlərinin gördüyü işə yardım məqsədilə Azərbaycan və Ermənistan prezidentləri ilə xeyli sayda görüşlər keçirib. Onun sözlərinə görə, Medvedev sülh sazişinin əsasında yer alacaq əsas prinsiplərə dair ümumi anlaşmanı əldə etmək üçün səylərini əsirgəməyib. ?Ermənistan və Azərbaycan Rusiya üçün dost ölkələrdir və strateji tərəfdaşdırlar. Moskva onların arasındakı münasibətlərin necə formalaşmasına laqeyd deyil?, - deyə Lavrov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA