Suriyada vəziyyət gərgin olaraq qalır

img

16-03-2012 [10:58]


Suriyada vəziyyət gərgin olaraq qalır. Yerli Koordinasiya Komitəsinin verdiyi məlumata görə, İdlib şəhərində gedən sonuncu döyüşlərdə 23 nəfər öldürülüb. Xeyli sayda insanın isə yaralandığı bildirilir. Fəalların sözlərinə görə, 10 minlərlə insan həbs edilərək işgəncələrə məruz qalır. Ölkədən qaçan suriyalılar isə qonşu Türkiyəyə, İordaniya və Livana üz tutur. Türkiyə rəsmilərinin verdiyi məlumata görə, təkcə dünən gecə Hatay şəhərinə mindən çox insan köçüb. Onların çadır kəndlərində yerləşdirildiyi bildirilir. Ölkədə davam edən zorakılıq kadrları isə gəlməkdə davam edir. Həma və Homs şəhərlərində çəkilmiş həvəskar kadrlara şəhərlərin ağır artilleriya atəşinə məruz qaldığı görüntüləri yayımlanıb. Həma şəhərində şəhərin məşhur qalasının dağıdıldığı bildirilir. Fəalların sözlərinə görə, Suriya qüvvələri dinc əhalinin evlərinə girərək soyğunçuluq işləri ilə məşğul olurlar. BMT-nin humanitar yardım məsələləri üzrə nümayəndəsi Valeri Amos bildirib ki, bu həftə Suriyada humanitar ehtiyacları dəyərləndirmək üçün BMT və İslam Korporasiyası Təşkilatı ölkəyə səfər edəcək. Humanitar yardım göstərmək üçün Amos Suriya hökumətindən maneəsiz işləmə imkanının yaradılmasını tələb edib. BMT-nin hesablamalarına görə, Suriyada ötən ilin mart ayından etibarən başlayan iğtişaşlarda 8000-dən çox insan öldürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA