Azərbaycanda səfərdə olan Xorvatiya prezidentinin rəsmi qarzılanma mərasimi olub

img

12-03-2012 [11:29]


Azərbaycanda səfərdə olan Xorvatiya prezidenti İvo Yosipoviçin rəsmi qarşılanma mərasimi olub. Xorvatiya prezidenti İvo Yosipoviçi və xanımı Tatyana Yosipoviçi Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar. Azərbaycanın dövlət və hökumət nümayəndələri İ. Yosipoviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA