Səfər Əbiyev Pakistanın Birləzmiz Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

img

29-02-2012 [05:29]


Bu gün Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Xalid Şamim Vaynın Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın, Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etdikdən sonra qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib. Geniştərkibli görüşdə hərbi əməkdaşlıq məsələlərinin müxtəlif sahələr üzrə daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb, irəli sürülən konkret təkliflərin reallaşması üçün işçi qrupların fəaliyyətə başlanması qərara alınıb. Görüş zamanı nazir Səfər Əbiyev hörmətli qonağı regionda hökm sürən gərgin hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin yaratdığı problemlər barədə məlumatlandırıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Silahlı Qüvvələrimizin üzərinə düşən vəzifələrə toxunan müdafiə naziri bildirib ki, biz bölgədə sülhün tərəfdarıyıq, ancaq torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə Azərbaycan digər zəruri tədbirləri həyata keçirməkdən çəkinməyəcək. Öz növbəsində general Xalid Şamim Vayn da həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduqlarını və haqq mübarizəsində Pakistan İslam Respublikasının ölkəmizi dəstəklədiyni bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA