Qənirə Pazayeva Türkiyədə Xocalı ilə bağlı çıxız edib

img

21-02-2012 [12:06]


Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar Türkiyənin Dənizli bölgəsində yerləşən Pamukkale Universitetində təşkil edilən "20-ci yılında Hocalı Katliamı" konfransında çıxış edib. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra konfrans Heydər Əliyev Fondunun Xocalı Soyqırımı ilə bağlı hazırladığı filmin nümayişi ilə başlayıb. Daha sonra konfransda iştirak edən Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan Xocalı Soyqırımı haqqında ətraflı məlumat verib. Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva öz çıxışında məqsədlərinin Ermənistanın Xocalıda etdiyi soyqırımı bütün dünyaya eşitdirmək və tanıtdırmaq olduğunu söyləyib. Xocalı qətliamının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğulayan Qənirə Paşayeva əlavə edib: "Soyqırımı edənlər ədalət qarşısında hesab verməlidir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Xocalı Soyqırmını anlatmaq üçün konfranslar təşkil edirik. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon azəri türkü evinə dönə bilmir. Beynəlxalq təşkilatların qərarlarına baxmırlar. Biz də bunu dünyanın müxtəlif ölkələrində izah edirik. Meksika parlamenti və Pakistan senatının Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq üçün qərarlar qəbul etməsi bizim üçün çox əhəmiyyətlidir. Bu başqa ölkələrin də gündəminə gəlməlidir. İnanırıq ki, yaxın zamanda Xocalı Soyqırımını tanıyan ölkələrin sayı artacaq". Millət vəkili qeyd edib ki, Xocalı Soyqırımı və Dağlıq Qarabağ problemi yalnız bizim deyil, bütün türklərin problemidir. Konfransdan sonra Q. Paşayeva Türkiyənin bir sıra telekanallarına Xocalı Soyqırımı ilə bağlı geniş müsahibələr verib. Daha sonra TBMM-nin üzvü Sinan Oğanla birgə Türkiyənin ART TV-nin canlı yayımında Xocalı Soyqırımı ilə bağlı geniş məlumat veriblər. Qeyd edək ki, Pamukkale Universitetində Xocalı Soyqırımının 20-ci ildönümü ilə təşkil edilən konfrans türk mediasında geniş işıqlandırılıb. #351;qa #252;rk medias#601;t himnl#601;nir#351;qa #252;rk medias

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA