ilham Əliyev Qurbanqulu Berdiməhəmmədovu yenidən Türkmənistan prezidenti seçilməsi münasibətilə təbrik edib

img

14-02-2012 [03:25]


Azərbaycan prezidenti İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova yenidən Türkmənistan prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. Təbrikdə deyilir: ?Yenidən Türkmənistanın prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Əminəm ki, Azərbaycanla Türkmənistan arasında ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı və tərəqqisi naminə dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA