ilham Əliyev Özbəkistanın Azərbaycandakı səfirini qəbul edib

img

13-02-2012 [05:43]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Özbəkistan səfiri İsmətulla İrqaşev diplomatik fəaliyyətinin Azərbaycanda uğurla keçdiyini vurğulayıb. İsmətulla İrqaşev səfirliyin fəaliyyətinə yaradılmış yüksək şəraitə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçısı Azərbaycan ilə Özbəkistan arasında tarixən dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. İsmətulla İrqaşevin səfir kimi bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA