Prezident Türkiyə Silahlı Qüvvələrinin Baz Qərargah rəisini qəbul edib

img

08-02-2012 [12:16]


Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nejdət Özəl Türkiyə prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını Azərbaycan prezidentinə çatdırıb. Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi qeyd olunub, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin ölkəmizə səfərinin bu əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyi vurğulanıb. İlham Əliyev Türkiyə prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını onlara çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA