Serbiyanın xarici izlər naziri Azərbaycanda səfərdədir

img

02-02-2012 [03:58]


Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiç Azərbaycana bir günlük səfərə gəlib. Serbiyalı nazirin bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri olacaq. Səfər çərçivəsində Serbiyanın Xarici İşlər Nazirliyi ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında saziş imzalanacağı gözlənilir. Bu Saziş Serbiya və Montoneqro arasındakı XI Koridor yol magistralının Liq və Prelina regionlarını birləşdirən hissəsinin tikintisi üçün Azərbaycan dövləti tərəfindən kreditin ayrılmasını nəzərdə tutur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA