Misirdə növbəti etiraz aksiyaları keçirilib

img

01-02-2012 [01:31]


Misirdə hökümət əleyhinə növbəti etiraz aksiyaları keçirilib. Payaxt Qəhirədə baş tutan aksiyada yüzlərlə etirazçı iştrak edib. Parlamentin binasına doğru yürüş edən etirazçılar sabiq prezident Hüsnü Mübarəkin və digər sabiq hökümət rəsmilərinin mühakimə olunmasını tələb ediblər. Millət vəkillərinə etiraz aksiyaları zamanı yaranmış qarşıdurmalarda ölənlərin ailələrinə təzminat verilməsi üçün müraciət olunub. Bundan əlavə, etirazçılar Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyəti ələ alan ali hərbi şuranın istefasını tələb ediblər. Etirazçıların sözlərinə görə, yeni konsitusiya təsis edilənə kimi ya müvəqqəti prezident seçilməli, ya da erkən prezident seçkiləri keçirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA