NATO 2014-cü ilin sonunadək Əfqanıstandan çıxacaq

img

31-01-2012 [01:16]


NATO-nun baş katibi Anders Foq Rasmussen NATO qüvvələrinin 2014-cü ilin sonunadək Əfqanıstanı tərk edəcəyini bildirib. Rasmussen Belçikanın paytaxtı Brüsseldə Rumıniya prezidenti Trayan Basesku ilə görüşündən sonra birgə mətbuat konfransında bu barədə danışıb. "Əfqanıstan hökuməti doğru istiqamətdə hərəkət edir. Əfqan hökuməti və hərbi qüvvələri təhlükəsizlik və sabitliyin bərqərar olunması naminə təhlükəsizliyə görə məsuliyyətin təhvil verilməsində irəliləyiş olduğunu qeyd edir. Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri nəzarəti Əfqanıstan hərbi qüvvələrinə təhvil verərkən, biz də əfqan hərbçilərinə təlim, silah-sursat yardımı kimi məsələlərdə lazımi köməklik göstərəcəyik" - deyə, Anders Foq Rasmussen bildirib. Qeyd edək ki, Rasmussenlə Rumıniya prezidentinin görüşündə NATO və Rusiyanın raket-əleyhinə müdafiə sistemləri məsələsində razılığa gəlməyəcəyi təqdirdə, mayın 20-21-də NATO-nun Çikaqo sammitinə hazırlıqlar müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA