Əhməd Davudoğlu Fransanı hədələdi

img

23-01-2012 [12:04]


Türkiyənin xarici işlər naziri (XİN) Əhməd Davudoğlu qondarma soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi səbəbilə Fransaya xəbərdarlıq edib. ?France 24? kanalına müsahibə verən Davudoğlu rəftarında bir dəyişiklik olmasa, Fransaya qarşı Türkiyə tərəfindən mütəmadi sanksiyaların başlayacağını deyib: ?Ümidvar olmaq istəyirəm ki, biz bu sanksiyaları açıqlamağa məcbur olmarıq. Amma Türkiyənin səssiz qalacağını da fikirləşməyin. Yeni sanksiyalar olacaq və bu addımlarımız Fransa öz fikrini dəyişdirənə qədər davam edəcək?. Senatda səsverməyə çıxarılacaq qanun layihəsinin insan hüquqlarına zidd olduğunu deyən Türkiyə XİN rəhbəri fransalı senatorlara və ziyalılara səslənib: ?Ortaq dəyərlərimizdən biri olan fikir azadlığını müdafiə etmək vaxtıdır!?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA