Elmar Məmmədyarov Moskvaya gedib

img

19-01-2012 [12:16]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya gedib. XİN rəhbəri səfər çərçivəsində Rusiyanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçirəcəyi üçtərəfli görüşə hazırlıq məsələləri də müzakirə olunacaq. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi brifinqdə Azərbaycan xarici işlər nazirinin səfəri çərçivəsində iki ölkə arasında diplomatik əmlak haqqında saziş imzalanacağını bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA