Qondarma ?soyqırımı? qanunun Fransa Senatında müzakirə olunacağı tarix açıqlanıb

img

06-01-2012 [05:28]


Fransa senatı ?erməni soyqırımı?nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini yanvarın 24-də müzakirə olunacaq. Bu barədə Parisdən jurnalist Şaj Ekyan məlumat verib. Qeyd edək ki, həmin qanun layihəsi 2006-cı ildə Fransa parlamentindən keçib və müzakirə edilmək üçün Fransa Senatına göndərilib. 4 may 2011-ci il tarixində isə səs çoxluğu ilə konstitusiyaya zidd olduğu üçün rədd edilib. Ötən ilin dekabr ayının 22-də isə qanun layihəsi yenidən Fransa senatının aşağı palatasında qəbul olunub. Bundan sonra Ankara öz səfirini Parisdən geri çağırıb və Fransaya qarşı 8 maddədən ibarət sanskiya tətbiq edilcəəyini bildirib. Qanuna görə, ?soyqırımı?nı inkar edən şəxslər cinayət məsuliyyəti daşıyırlar. Sənəddə ?soyqırımı?nı inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro məbləğində cərimə olunması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA