Hüsnü Mübarəkin asılması tələb olundu

img

06-01-2012 [12:14]


Misirin baş prokurorluğu keçmiş prezident Hüsnü Mübarək, sabiq daxili işlər naziri Həbib əl-Ədli və onun 6 müavininə asılaraq ölüm hökmünün verilməsini tələb edib. Hüsnü Mübarəkin məhkəmə prosesində əsas ittihamçı bəyan edib ki, müttəhim ötən ilin yanvarında 18 günlük iğtişaşlar zamanı etirazçıların ölümünə görə siyasi və hüquqi məsuliyyət daşıyır. Prokuror Mustafa Süleyman təsdiq edir ki, Hüsnü Mübarək etirazçılara atəş açılmasından xəbərdar olub və onun qarşısını almaq üçün heç nə etməyib. İttihama əsasən, Hüsnü Mübarəklə birlikdə müttəhimlər kürsüsündə olan keçmiş daxili işlər naziri Həbib əl-Ədli də etirazçılara qarşı öldürücü silahdan istifadəyə icazə verib. Xatırladaq ki, 83 yaşlı Hüsnü Mübarəkin ilk məhkəməsi avqustun 3-də başlayıb. 6 aydır davam edən məhkəmə prosesində hər iki müttəhim günahkar hesab olunacağı halda, onları ölüm cəzası gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA