Tahir Abbaslı: "Insanlara fürsət tanımaq lazımdır"

img

05-01-2012 [01:15]


Azərbaycan İslam Demokrat Partiyasının (sədri) Tahir Abbaslı partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibədə ölkəmizdə dini müstəvidə baş verən proseslər, ümumulikdə cəmiyyətdə baş verənlərə dini müstəvidə münasibətin səviyyəsi, islam demokrat idetası və digər maraqlı məqamlara toxunulub. Müsahibəni diqqətinizə çatdırırıq. - Son dönəmlər ölkəmizdə İslam dini ilə bağlı narahatlıqlar yaşanır. Məscidlər bağlandı, uçuruldu, islamçılar həbs olundu. Bir müddət öncə isə yazıçı Rafiq Tağı qətlə yetiriləndə dindarlarla cəmiyyətin digər kəsimləri arasında bir informasiya savaşı getdi. Sizcə bunlar nə ilə bağlıdır? - Mədinənin yaxınlığında yerləşən Qüba yaşayış məntəqəsində pis niyyətli adamlar ?Zirar? adında bir məscid tikmişdilər. Hz. Məhəmməd (s) onun sökülməsinə əmr verdi. Çünki o məscid pis nümunələrin yuvasına çevrilmişdi. Bu mənada məscidlərimiz ilk növbədə halal para ilə tikilməlidir. Amma Azərbaycanda məscid tikintisində bu hallalıq bəzi vaxtlar gözlənilmir, üstəlik xarici ölkələrin, güclərin siyasi mənafelərinin, məramlarının təbliğatı üçün istifadə olunur. Məscid xarici qüvvələrin marağının ifadəsinə çevrilə bilməz. Əgər belə bir durum varsa, məscidin fəaliyətinin durdurulması həm İslamiyyətə, həm də ölkəmizə yararlı olar. Hər halda biz yeni müstəqil dövlət olmuşuq. 100 ildən artıq müstəqil dövlət olanların bu sahədə problemləri varsa, bizim də problemlərimiz olacaq. Bu problemləri böyük bir səbrlə ölkəmizin müsəlman əhalisinin diqqətini xarici ölkələrə yönəlməsinin qarşısını almaq şərtilə həll etməyə çalışmalıyıq. Bundan başqa Azərbaycan dövləti məscidlərdə xalqın dini ehtiyaclarını bərtərəf edəcək kadrları özü yetişdirməlidir ki, İrandan və başqa məmləkətlərdən ölkəmizə təxribatçılar soxulub millətimizin dini duyğularından sui-istifadə edə bilməsin. Zənnimcə son vaxtlar ölkəmizin və vətandaşlarımızın təhlükəsizliyini qorumaq üçün atılan addımlar (bəzilərini çıxmaq şərti ilə) düzgündür. Yəni ölkəmizdən qeyri-qanuni olaraq gedib xarici ölkələrdə dini təhsil alanların qarşısı alınmalıdır. Bu məsələ dövlətlərarası münasibətlərdə öz həllini tapmalıdır. - Yazıçı Rafiq Tağının qətlinə, həmçinin İranlı ayətullahın fikirlərinə sizdən başqa heç bir tanınmış din adamı münasibət bildirmədi. Sizcə bu nə ilə əlaqəlidir? - Mövlana Cəlaləddin Rumi ?Məsnəvi? əsərində yazırdı: ?Heç bir kafiri belə aşağılamayan ki, onun müsəlman ölməsinə bir fürsət qalsın?. Mən Rafiq Tağının fikirlərini qəbul etmirdim. Ancaq onun öldürülməsi, barəsində hansısa ayətulahın fətva verməsi baş ucalığı gətirən bir şey deyil. İnsanlara fürsət tanımaq lazımdır. Yaşasaydı bəlkə də tövbə edib doğru yola gələ bilərdi və ya Allah özü onu hidayət edərdi. Rafiq Tağnın namərdcə öldürülməsi qarşısında Azərbaycandakı sözdə dindar kəsimin susması göstərir ki, onlar Rafiq Tağının qətlindən məmnundurlar. Bunu Məhəmməd Lənkəraninin bu qətldən sonra İslam Dünyasına və Azərbaycan müsəlmanlarına təbrik göndərməsi qarşısında susmaqla da sübut etdilər. Belə çıxdı ki, Lənkarani İslamla əlaqəsi olmayan yırtrıcı ifadələrlə elə bu şəxslərin mövqeyini ifadə edib. Nə Muhəmməd Lənkəraninin bu açıqlamasının İslmala əlaqəsi var, nə də Rafiq Tağının ölümünə sevinənlər ideal müsəlman sayıla bilərlər. Hz. Əliyə (ə) məsciddə namaz qılarkən hücum edib yaralayırlar. Bu zaman Hz.Əlini (ə) yaralayan İbni-Mülcəm özü də yaralanır. Yaralı Hz. Əliyə (ə) su gətirirlər. Hz.Əli (ə) deyir: ?Suyu verin öncə məni yaralayan adam içsin?. Oğullarına da vəsiyət edir ki, mənim qatilim indi sizin əsirinizdir, onunla, ancaq bir əsir kimi davranın, çox incitməyin. Öz düşməninə və öz qatilinə qarşı bu qədər mərhəmətlə davranan Hz.Əli (ə) adına arxalanıb necə bir başqasının qətli üçün fərman çıxarmaq olar? Xalqlar, millətlər, dövlətlər və dinlər arası düşmənçiliklərə rəvac vermək İslam dininə uyğun deyil. Bunların hamısı fars islamıdır və İslamın ruhu ilə heç bir əlaqəsi yoxdur. - Sizə elə gəlmirmi ki, bizdə İslam dini xaricdən yönləndirilir. Bunun qarşısını almaq üçün nə etməliyik? - Bu məqama müsahibənin əvvəlində, məscidlərlə bağlı sualda toxundum. Ölkəmizdə İslam və digər dinləri ciddi şəkildə qəbul etməyəndə təbii ki, kənardan bu sahəni nəzarətə götürərlər. Söhbət insanların daxili aləmindən və onun Allahı tanımaq təlabatından gedir. Bu boşluqları kim doldurursa, o da beyinləri işğal etmiş olur. Bunun qarşısını almaq üçün dövlətin milli din politikası olmalıdır. Xalqın dini ehtiyaclarını milli dövlət bərtərəf etmək məcburiyətindədir. Bu yöndə Türkiyə Cümhuriyətinin təcrübələrindən yararlanmaq olar. - Sizin irəli sürdüyünüz İslam demokrat ideyası bu məsələdə hansı rolu oynaya bilər? - İslam demokrat ideyası din, dövlətçilik və millilik arasında ortaq dəyərlərin tapılması, qorunması istiqamətdə mühüm rol oynaya bilər. Əks təqdirdə ?baharlar?ın təhlükəsindən xali deyilik. Biz hesab edirik ki, İslamiyəti çağdaş dəyərlərin ehtiyaclarına görə açıqlamaq lazımdır. İslam əxaq sistemidir. İnsanlara sayqı və tanrıya sevgi əxlaqı İslamiyyətin əsas hədəfidir. Ona görə də İslam mətnlərini günümüzün ehtiyaclarına görə açıqlamalıyıq. Belə olmasa, bizim dini duyğularımız İrandakı bir ovuc şəhvət və para düşkünü olan ayətullahların əlində vasitəyə çevriləcək. - Azərbaycan hakimiyyəti nədənsə bu ideyaya isti münasibət göstərmir. Məsələn, sizin partiya qeydiyyata alınmır. Halbuki Avropada xristian-demokratlara geniş meydan verilib. - Deməzdim ki, göstərilmir. Amma təəssüf ki, bu ideyaya ehtiyac duymurlar. Bizim borcumuz cəmiyyətimizə mecajlar verməkdi. Elə bilirəm ki, addımlarımız, fikirlərimiz cəmiyyətimizin müxtəilif sferalarının, təbəqələrinin, fikir və düşüncə sahiblərinin rəğbətini qazanıb. Onları düşündürə bilmişik. O ki qaldı Avropaya, burada sözügedən istiqamət üzrə 500 illik təcrübə var. Ümumilikdə isə Avropada xristian-demokratlar din dövləti qurmaq istəmirlər. Bizim dindən yana olan partiyalar da din dövləti qurmaq istəmədiklərini açıqlamalıdırlar. Çünkü hələ 14-cü əsrdə böyük İslam mütəfəkkiri İbn-Xəldun yazırdı: ?Tanrı dövləti qurmaq, yalnız peyqəmbərin işidir?. Dini əsaslarla idarə ediləcək dövlətin İranda necə fəlakətlər törətdiyini görürürk. İran xalqını bütün dünyaya düşmən edib. Ona görə də məncə Azərbaycanda bu məsələ modern bir şəkildə öz həlli yolunu tapacaq. Milli dövlətimizin qurucuları olan dədələrimiz bayrağımızda məsələnin həlli formulunu ortaya qoyublar. Dinimizi milli kimliyimizə dayanaraq və çağdaş elmi imkanlardan yola çıxaraq anlamalıyıq. Dini İranda olduğu kimi geri qalmış qaranlıq düşüncələrlə anlamaq olmaz.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 29.06.2025

Bu gün imtahandır