Tahir Abbaslı: ?Azərbaycan hakimiyyəti özündə təpər tapıb Türkiyənin planına dəstək verməlidir?

img

27-12-2011 [05:38]


?Yaxın 2 il ərzində Qarabağ danışıqlarında heç bi nəticə əldə olunmaya bilər?. Bu fikri partiaynın mətbuat xidmətinə açıqlamasında AİDP sədri Tahir Abbaslı deyib. Onun fikrincə həmsdər ölkələrdə, həmçinin Azərbaycanda prezident, Ermənistanda isə parlament seçkiləri planlaşdırıldığından danışıqlarda fasilələr yaranacaq və ciddi qərarlar qəbul olunmayacaq: ?Amerikada. Fransada və Rusiyada prezident seçkiləri keçiriləcək. Bu ölkələr isə ATƏT-in Minsk qrupunda təmsil olunurlar. Başları seçkiyə qarışacaq. Onsuz da bu qrupun 18 ildir heç bir xeyri yoxdur. Heç bir irəliləyişə nail ola bilməyib. Bu isə həmin ölkələrin problemi həll etməmək, əssasız yerə uzatmaq istəyindən doğur. Seçki dönəmində isə Qarabağ danışıqları bir qədər də arxa plana keçəcək və hər hansı təkliflər səsləndirilməyəcək. Üstəlik son olaylardan sonra, qondarma erməni soyqırımı haqda qanunun Milli Asambleyada qəbulu və bu sənədin təpki ilə qarşılanmasından sonra Fransa bu məsələdə ermənilərin tərəfini daha çox saxlayacaq?. T.Abbaslı təklif edir ki, Azərbaycan Türkiyənin dəstəyi ilə Fransanın bu qrupdan uzaqlaşdırılmasına çalışmalıdır: ?Onsuz da böyük güclər Qarabağ probleminin həlli məsələsini bu çərçivədən kanara çıxmağa qoymayacaqlar. Bu mənada Fransanın həmsədrlikdən uzaqlaşmasına çalışmalıyıq. Artıq Türkiyə də bunu tələb edir. Azərbaycan hakimiyyəti özündə təpər tapıb Türkiyənin bu planına dəstək verməlidir. Əks təqdirdə çətin məqamların birində Türkiyənin də yardımından məhrum ola bilərik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA