Lavrov: "Rusiya 2012-ci ildə Qarabağla bağlı səylərini artıracaq "

img

26-12-2011 [04:05]


Rusiya növbəti il MDB məkanı, hər şeydən əvvəl Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin siyasi nizamlanmasına dair aktiv səylərini davam etdirəcək. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov xarici siyasətin nəticələri və 2012-ci ildə Rusiya diplomatiyasının prioritetləri haqda İnterfax-a müsahibə verərkən bildirib. Müsahibə zamanı münaqişələrə toxunan Rusiya xarici siyasət idarəsinin rəhbəri deyib ki, münaqişə və böhranların qarşısının alınması və tənzimlənməsinə yardım göstərmək- ənənəvi olaraq xarici siyasət işimizin prioritetlərindəndir: ?Biz MDB məkanında mövcud münaqişələrin, ilk növbədə Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin siyasi nizamlanmasına dair aktiv səylərini davam etdirəcəyik. Koreya yarımadası, Yaxın Şərq, Əfqanıstan və Pakistandakı vəziyyət bizim diqqətimizdədir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA