Uydurma erməni soyqırımı bu gün israil parlamentində

img

26-12-2011 [01:38]


Qondarma erməni soyqırımı bu gün İsrail Knessetində müzakirəyə çıxarılacaq. Knessetin maarifləndirmə komissiyası məğzini uydurma erməni soyqırımı təşkil edən iki təşəbbüslə çıxış edəcək. Artıq məsələ ilə bağlı İsrail hökumətində narahatlıq yaranıb. Hökumət nümayəndələri bunun Türkiyə ilə İsrail arasında vəziyyəti daha da gərginləşdirə biləcəyindən ehtiyat edirlər. Qeyd edək ki, bu təşəbbüsün müəllifləri İsrail Milli Birlik Partiyasından Knesset (parlament) üzvü Arye Eldad və deputat Zehava Qalyondur (MERES). Hökumətin mövqeyini isə xarici işlər nazirinin müavini Dani Ayalon təmsil edəcək. Bu təşəbbüs maarifləndirmə komissiyasına Knessetin plenar iclasında müzakirəyə çıxarılandan sonra təqdim edilib. Bu vaxta qədər qondarma erməni soyqırımının tanınması gündəmə gələrkən İsrail hökuməti onun qəbul olunmamasına çalışıb. Məsələnin Knessetdə ciddi şəkildə müzakirəsi ilk dəfə bu gün baş tutacaq. Komissiyanın iclasına İsrailin erməni icmasının rəhbəri də dəvət edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA