Fransa parlamenti ?soyqırımı? haqqında qanun layihəsini qəbul etdi

img

22-12-2011 [04:48]


Bu gün Fransa parlamentində müzakirəyə çıxarılacaq qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib. Verilən məlumata görə, səsvermə zamanı salonda 50 millət vəkili olub. Bu isə 577 üzvlük məclisin təxminən 10 faizi deməkdir. Xatırladaq ki, Fransa qondarma ?erməni soyqırımı?nı 29 yanvar 2001-ci ildə rəsmən tanıyıb. Qondarma ?erməni soyqırımı?nı inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi Milli Assambleyada 12 oktyabr 2006-cı ildə bir dəfə qəbul olunub. Lakin 4 may 2011-ci ildə Fransa qanunvericilik institutunun yuxarı palatası olan Senat bu qanun layihəsini əsassız sayaraq, onu təsdiq etməyib. Milli Assambleyada bu gün qəbul edilən müvafiq qanun layihəsinin tam qüvvəyə minməsi üçün sənəd yenidən Fransa Senatına göndərilməli və daha sonra ölkə başçısı tərəfindən təsdiqlənməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA