Qazaxıstandakı iğtizazlar nəticəsində ölənlərin sayı 13-ə çatıb (Yenilənib)

img

18-12-2011 [11:06]


Janaozendə ölənlərin sayı 13-ə çatıb. Rusiya KİV-lərinin yazdığına görə, bu barədə Astanada keçirilən brifinqdə Qazaxıstan Baş Prokurorluğunun rəsmi nümayəndəsi Nurdövlət Suindikov məlumat verib. O həmçinin bildirib ki, Janaozendəki hadisələr zamanı 86 nəfər yaralanıb. Qazaxıstanın Janaozen şəhərində son 3 gündə baş vermiş iğtişaşlarda ölənlərin sayı 11-ə çatıb. Müxalifət isə ölənlərin sayının 50-dən az olmadığını bildirib. Şahidlər Manqistau vilayətinin xəstəxanalarında yaralılar üçün yer çatmadığını bildirirlər. Ölkə prezidenti Nursultan Nazarbayev Janaozen şəhərində yanvar ayının 5-ə kimi fövqalədə vəziyyət elan edib. Şəhərə giriş məhdudlaşdırılıb və bütün bu günlər ərzində gecə saat 11-dən səhər saat 7-ə kimi komendant saatı tətbiq edilib. ?Azadlıq? radiosunun qazaxdilli xidmətinin məlumatına görə, ötən gecə Almatıdan bir qrup jurnalist Manqıstau vilayətinin mərkəzi Aktau şəhərinə gəldikdən sonra buradan Janaozen şəhərinə daxil ola bilməyiblər. Şəhərə heç kim buraxılmır. Qazaxıstanın daxili işlər naziri Kalmunaxbet Kasımov da dünən Janaozenin mərkəzi meydanında olub, təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə meydanda nümayişçilərin nümayəndəsi ilə danışıqlar aparıb. Daxili işlər nazirinin müavini Marat Demeuov isə bu gün Janaozendə vəziyyətin normallaşdığını, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və gərginliyin azaldığını bildirib. Qazaxıstanın baş prokurorluğu isə brifinq keçirərək, dünən daha 1 nəfərin anarxistlərin ticarət obyektini yandırması nəticəsində öldüyünü bildirib. Qazaxıstanın Janaozen şəhərində son iki gündə baş vermiş iğtişaşlarda ölənlərin sayı 11-ə çatıb. Müxalifət isə ölənlərin sayının 70-dən az olmadığını bildirib. Ölkə prezidenti Nursultan Nazarbayev Janaozen şəhərində yanvar ayının 5-nə kimi fövqəladə vəziyyət elan edib. Şəhərə giriş məhdudlaşdırılıb və bütün bu günlər ərzində gecə saat 23:00-dan səhər saat 07:00-a kimi komendant saatı tətbiq ediləcək. Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş vermiş hadisələrə görə bir qrup təxribatçını günahlandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA