?Rusiyada baz verənlər MDB-nin hər yerinə yayıla bilər?

img

17-12-2011 [03:34]


?Parlament seçkisindən sonra Rusiyada baş verən və hazırda davam edən etirazlar domino effekti verə bilər. Hesab edirəm ki, bu prosesin MDB-nin digər ölkələrinə keçmə ehtimalı böyükdür. Çünki buna müəyyən əsaslar var?. Bu fikri partiyanın mətbuat xidmətinə AİDP sədri Tahir Abbaslı deyib. Onun sözlərinə görə, MDB məkanındakı ölkələr Rusiya başda olmaq şərtilə avtoritar üsulla idarə olunur: ?Bu baxımdan həmin ölkələrdə problemlər demək olar ki, oxşardır. Təkcə Rusiyada deyil, bütün respublikalrda parlament seçkisi saxtakarlıqla keçirilir. Azərbaycanda son parlament seçkisi Rusiyadakından da betər saxtakarlıqla keçirilib. Milli Məclisdə əyləşənlərin hamısı saxta yolla deputat olublar. Bu MAD-nin digər respublikalarında da belədir. Bundan başqa MDB məkanında insan haqları oxşar şəkildə pozulur, sosial problemlər belə eynilik təşkil edir. Bu mənada hesab edirəm ki, Rusları ayağa qaldıran faktorlar MDB-nin digər respublikalrında da var və bu problemlər onları da ayağa qaldıra bilər. Onsuz də ?Ərəb baharı? müəyyən hərəkətlilik gətirmişdi. Rusiyada baş verənlər isə MDB-də domino effekti verə bilər?. Bu prosesin Azərbaycana hansı formada təsir edib-etməməsinə gəlincə AİDP sədri hesab edir ki, ölkəmizdə sosial problemlərdən yana ciddi narazılıqlar var: ?Son qiymət artımları və bunu müqabilində maaş artımının təhqiredici səviyyədə olması narazılığı bir qədər də gücləndirib?. AİDP sədri hesab edir ki, bu narazılıqların qarşısını almağın yeganə yolu sözdə deyil işdə islahatlara keçməkdir: ?İlk növbədə Milli Məclis buraxılmalıdır. Təkrar və demokratik parlament seçkisi keçirilməlidir. Bundan sonra uzun kadr islahatı aparılmalı, xüsusilə də 15-20 il vəzifədə olan şəxslər cəmiyyətdə nüfuzu olan, vətənpərvər kadrlarla əvəzlənməlidir. Eyni zamanda siyasi məhbuslar azadlığa buraxılmalı, insan haqları sahəsində olan pozuntular aradan qaldırılmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA