Ərdoğan Sarkoziyə xəbərdarlıq etdi

img

16-12-2011 [03:49]


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində müzakirəyə çıxarılması ilə əlaqədar bu ölkə prezidenti Nikola Sarkoziyə məktub göndərib. Məktubda Ərdoğan bu layihənin Türkiyə dövləti, türk milləti və Fransada yaşayan türk toplumunu birbaşa hədəf aldığını və düşmənçilik demək olduğunu bildirib. "Bu nöqtədə açıqca etiraf etmək istəyirəm ki, bu cür addımların nəticələri gələcəkdə Türkiyə ilə Fransa arasındakı siyasi, iqtisadi, mədəni və sairə sahələrdə çoxistiqamətli əlaqələri baxımından vahiməli ola bilər. Bunun məsuliyyəti isə təşəbbüskarlara aiddir", deyə Ərdoğan məktubunda bəyan edib. ?Artıq Türkiyə-Fransa əlaqələri üçüncü tərəfin tələblərinə məhkum olunmuş vəziyyətə salınmamalıdır. Bu məsələ çox həssas və ciddidir. Məntiqin siyasi oyunlara üstün gəlməsi önəmlidir. Verdiyiniz sözü tutacağınıza və bərpası mümkün olmayan addımların atılmasının qarşısını alacağınıza səmimiyyətlə inanaıram?, deyə Türkiyənin baş naziri əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA