Elmar Məmmədyarov israil XiN-in baz katibi ilə görüzüb

img

15-12-2011 [03:21]


Xarici İşlər Naziri Elmar Məmmədyarov İsrail Xarici İşlər Nazirliyinin Baş Katibi Rafael Barakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, israilli rəsmi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ilə bağlı Nazir Elmar Məmmədyarovu təbrik edib. R.Barak iki ölkə arasında qurulmuş diplomatik münasibətlərin 20 il öncəyə söykəndiyini bildirərək, əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Nazir Azərbaycanla İsrail arasında əlaqələrin böyük potensiala malik olduğunu qeyd edərək, siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildirib. Görüşdə Yaxın Şərq və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA