Heydər Əliyev Türkiyədə anıldı

img

13-12-2011 [01:09]


Azərbaycanın Türkiyədəki Səfirliyi Diasporla İş Üzrə Dövlət Komitəsi ilə birgə ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibətilə xatirə tədbirləri təşkil edib. Xatirə tədbirləri çərçivəsində Ankaranın Yenimahalle səmtində yerləşən Heydər Əliyev parkında mitinq keçirilib. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, mitinqdə, təhsil naziri Misir Mərdanov, AR Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, səfir Faiq Bağırov, AR Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənov, millət vəkili Əhliman Əmiraslanov və Cavanşir Feyziyev, Səfirliyin əməkdaşları, Heydər Əliyev məktəbinin tələbə və müəllimləri, diaspor nümayəndələri, Ankarada təhsil alan tələbələr, kursantlar, Polis Akademiyasının tələbələri, çox sayda ictimaiyyət nümayəndələri və KİV nümayəndələri iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibətilə xatirə tədbirləri Ankaranın ?Sheraton Otel? mehmanxanasında davam edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA