Rusiya Azərbaycanda yeni RLS tikəcək

img

12-12-2011 [03:25]


Rusiya Azərbaycanda yeni RLS tikəcək. Bu haqda "Akademik A. L. Monsa adına Radiotexniki İnstitut? ASC-nin baş direktoru Vladimir Savçenko məlumat verib. Onun sözlərinə görə, Rusiya Qəbələdə ən yeni ?Voronej-VP? RLS tikintisini 2019-cu ilə kimi yekunlaşdıracaq. Bu RLS əvvəllki ?Daryal? nəslini əvəz etmiş olacaq. Baş direktor bildirib ki, yeni RLS yüksəkpotensiallı stansiya olacaq. O deyib ki, plana görə stansiyanın quraşdırılması 2017-2019-cu illərə nəzərdə tutulub: "Lakin hər şey hörmətli qonşularımızın iradəsindən asılıdır. Yekun razılıq isə siyasi səviyyədə möhkəmləndiriləcək?. Savçenko əlavə edib ki, burada ?Daryal? stansiyasının sökülməsindən söhbət getmir, həmin stansiya Azərbaycanın mülkiyyətindədir. Yeni quraşdırılacaq stansiya Rusiyanın mülkiyyəti olacaq və bu, modul tipli stansiya olacaq. Yəni bu stansiyanı istənilən vaxt sökərək başqa yerə aparmaq və yenidən quraşdırmaq mümkündür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA