Azərbaycan prezidenti Medvedevi və Putini təbrik edib

img

05-12-2011 [01:08]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya prezidenti Dmitri Medvedevi başçılıq etdiyi ?Yedinaya Rossiya? Partiyasının Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkidə qələbə çalması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: "Seçkidə qələbə Sizin həyata keçirdiyiniz, ölkədə dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrinin modernləşməsinə, dünya birliyində Rusiyanın mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin dost Rusiya xalqı tərəfindən dəstəklənməsini bir daha nümayiş etdirdi. Əminəm ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri, çoxtərəfli əməkdaşlığımız və strateji tərəfdaşlığımız xalqlarımızın mənafeyi, regionda sülh, təhlükəsizlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək. Hörmətli Dmitri Anatolyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Rusiya xalqına tərəqqi və firavanlıq diləyirəm". Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Vladimir Putini də Federal Məclisin Dövlət Dumasına seçkidə ?Yedinaya Rossiya? Partiyasının qələbəsi münasibətilə təbrik edib. "Sizin başçılıq etdiyiniz partiyanın seçkilərdə qələbəsi rusiyalıların Sizə yüksək etimadının, Sizin yürütdüyünüz, dinamik sosial-iqtisadi inkişafa, bütün sahələrdə demokratik dəyişikliklərin həyata keçirilməsinə, ölkədə qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinə onların sadiqliyinin təsdiqidir". Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri, hərtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu vurğulayıb. "Hörmətli Vladimir Vladimiroviç, Sizə, ?Yedinaya Rossiya? Partiyasının bütün üzvlərinə xoşbəxtlik, uğurlar və firavanlıq diləyirəm", deyə dövlət başçısının təbrik məktubunda bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA