AMiP Brüsselə rəsmi səfərinin yekunlarına həsr olunmuz mətbuat konfransı keçirilib

img

29-11-2011 [11:01]


Bu gün AMİP-in müvəqqəti qərargahında partiya rəhbərliyinin noyabrın 21-dən 24-dək Brüsselə rəsmi səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransını giriş sözü ilə açan AMİP Mətbuat və Təliğat katibi Əli Orucov bildirdi ki, dəvət əsasında gercəkləşən səfər çərçivəsində Avropa Parlamentində, Avropa Komissiyasında, Avropa Xalq Partiyasının ofisində yüksək səviyyəli görüşlər keçirilmişdi. Bu görüşlər həm Avropa-Azərbaycan münasibətlərinin dərinləşməsi, həm də partiyanın beynəlxalq əlaqələrinin möhkəmlənməsi baxımından əlamətdər bir səfər idi. AMİP sədri Yusif Bağırzadənın rəhbərlik etdiyi nümayəndə heyətinin məqsədi Azərbaycan Avropa əlaqələrinin inkişafına töhvə vermək, ölkədə və regonda baş verən prosesləri müzakirə etmək, mövcud reallıqlar barədə fikir mübadiləsi aparmaq və əməkdaşlığın daha genişləndirilməsinə nail olmaq idi. Ilk görüşlərinın Avropa Xalq Partiyası (AXP) baş katibinin müavini Kristian Kremerlə baş tutduğunu deyən, AMİP sədri dedi ki, görüşdə Avropa Parlamentində ən böyük franksiya olan AXP ilə AMİP arasındakı əlaqələrin perspektivləri, həmçinin də, Cənubi Qafqaz regionu, Dağlıq Qarabağ problemi ilə bağlı vacib məsələlər müzakirə edildi: ?Avropa Parlamentində 736 deputat yerindən 264-nə sahib olan AXP həm Avropanın siyasi kursunun müəyyənləşməsində, həm də beynəlxalq aləmdə cərəyan edən hadisələrə ciddi təsir etmə imkanlarına malikdir. Bu baxımdan bu qurumla intensiv işləmək və hərtərəfli əlaqələr qurmaq Azərbaycan üçün də faydalıdır. Avropa Parlamentinin üzvü, ?Avronest? Siyasi Komitəsinin sədri Günnar Hökmarkla görüşdə isə başlıca diqqət mətbuatın problemlərinə və söz azadlığına, fundamental insan haqlarının, eləcə də, demokratik təsisatların vəziyyətinə yönəldi. Cənab G.Hökmark bizi əmin etdi ki, təmsil olunduğu qurum Cənubi Qafqazda, o cümlədən də, Azərbaycanda gedən demokratikləşmə proseslərinə köməkliyini və dəstəyini əsirgəməyəcək. Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasının üzvü, xanım Anna İbrisagiclə keçirilən görüşdə isə Avropanın yürütdüyü xarici siyasətində Azərbaycanın önəmli yer tutduğu bir daha təsdiqləndi: ?Avropa Parlamenti daxili problemlərinə baxmayaraq Cənubi Qafqazda, eləcə də, Azərbaycanda təsiri artırmaq niyyətini gizlətmir. Eyni zamanda bu regionda təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Görüş zamanı İbrisagic bildirdi ki, Cənubi Qafqazdaki dondurulmuş münaqişələrin hər an yenidən irimiqyaslı hərbi əməliyyatlara cevrilməsi təhlükəsi getdikcə ciddiləşdiyindən Avropa Parlamenti Ermənistan-Azərbaycan konfliktinin tezliklə beynəlxalq pirinsiplər əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Xanım deputat yaxın vaxtlarda Dağlıq Qarabağla bağlı Avropa Parlamentində yeni bir sənədin qəbul ediləcəyini və bu sənəd üzərində artıq iş getdiyi barədə məlumat verdi. Biz isə Dağlıq Qarabağ konfliktinin cözülməsinə dair öz təkliflərimizi təqdim etdik. AMİP sədri mətbuat konfransında ?Azərbaycanın Avropa Parlamentindəki səfirliyinin fəaliyyətsizliyindən də təəssüfünü bildirdi:?Avroparlamentarilərlə görüşlərimiz zamanı bəlli oldu ki, səfir üzərlərinə düşən vəzifənin məsuliyyətinin ağırlığını və ciddiliyini dərk etmirlər?. Halbuki, Ermənistan səfirlikləri erməni lobbisi ilə Avropa Parlamentində fəal iş aparırlar. Avropa Parlamentindəki dostlarımız bunu bizə irad kimi də bildirdilər. Avropa Xarici Fəaliyyət xidmətinin (Avrokomissiya) Azərbaycan üzrə məsul nümayəndəsi Denis Danelids və İsveçin Avropa Parlamentindəki nümayəndəliyinin rəhbəri, səfir Dag Harteliusla təmasların da maraqlı və işgüzar keçdiyini söyləyən, AMİP sədri qeyd etdi ki, istər bu, istərsə də bütün görüşlərdə əsas müzakirə predmentinin demokratiyanın inkişafı, Azərbaycanın Avropaya inteqrasiyası, fundamental azadlıqların qorunması, rəsmi Bakının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirliməməsi, regonal məsələlər oldu. AMİP sədri Yusif Bağırzadə sonra jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA