Araz Əzimov: "Ermənistan rəhbərliyi bilməlidir ki, bütün addımlara görə cavab verməli olacaq"

img

25-11-2011 [01:42]


Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir. Bunu jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib. A.Əzimov bildirib ki, bu baxımdan Kəlbəcər rayonu ərazisindən hər hansı bir yolun çəkilməsi və digər təşəbbüslər Cenevrə konvensiyalarına ziddir: "Bu, Ermənistanın konvensiyaları pozduğu ilk hal deyil və bu, İrəvan tərəfindən atılan növbəti addım olacaq. Lakin Ermənistan rəhbərliyi bilməlidir ki, bütün addımlara görə cavab verməli olacaq". Dağlıq Qarabağdan Ermənistana yeni magistral yol çəkilir. Bildirilir ki, yeni yol Kəlbəcərdən keçəcək və Ermənistanın Geqarkunik rayonunu (Göyçə mahalı) Qarabağla birləşdirəcək. Yol öz başlanğıcını Goranboy rayonunun erməni işğalı altında qalan hissəsindən götürəcək, Kəlbəcərin rayon mərkəzindən keçərək Ermənistana uzanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA