Medvedev: "ABŞ-a görə Avropa Birliyi ilə münasibətlərimizi korlamaq istəmirik"

img

25-11-2011 [11:51]


Rusiya prezidenti Dmitri Medvedev Amerika Birləşmiş Ştatlarına görə Avropa Birliyi ilə münasibətlərinin korlanmasını istəmədiyini bəyan edib. İşgüzar səfərə gəldiyi Petrozavodsk şəhərində Rusiya prezidenti kütləvi-informasiya vasitələrinin sualarını cavablandırarkən, Rusiyanın Avropa Birliyi ilə əlaqələrinin geniş və hərtərəfli olduğunu bildirib. "Bu əlaqələr təkcə Avropa raket əleyhinə müdafiə sistemi məsələsi ilə məhdudlaşmır. Açıq desək, Avropa raket əleyhinə müdafiə sistemi üzərində ABŞ təkid edir. Adlarını vermək istəmədiyim bəzi məsləkdaşlarım niyə bu məsələdə onlardan nə isə tələb etdiyimizi soruşurlar. Onlar "b,u Amerikanın qərarıdır, ABŞ buna görə çox təkid edir, biz də NATO-ya üzv olduğumuz üçün torpaqlarımızı raket əleyhinə müdafiə sistemi üçün açırıq, onsuz da bunun üçün xərc çəkmək imkanımız yoxdur" deyirlər. Bilavasitə, Avropa raket əleyhinə müdafiə sistemi məsələsində bir razılığa gəlməyimiz üçün əvvəl ABŞ və NATO ilə danışıqlar aparmağımız lazımdır" - Dmitri Medvedev belə deyib. Bu yaxınlarda Dmitri Medvedev Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə ölkəsinin cavab verəcəyi hərbi-texniki və diplomatik xarakterli tədbirlər kompleksini açıqlayıb. Dmitri Medvedev bildirib ki, Rusiya bir neçə ildən sonra ölkənin strateji potensialını zəiflədə biləcək ABŞ-ın raket əleyhinə müdafiə proqramında iştirak etməyə razılıq verməyəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA