Berluskoni baz nazir postundan istefa verdi

img

13-11-2011 [02:42]


İtaliyanın baş naziri Silvio Berluskoni istefa veribb. Məlumatı ?Frans Press? agentliyi İtaliya prezidentinin mətbuat xidmətinə istinadən yayıb. Prezident Corco Napolitano 75 yaşlı hökumət başçısının istefasını qəbul edib. Silvio Berluskoninin istefası Romanın mərkəzində kütləvi nümayişlərlə müşayiət olunub. Kvirinal sarayının qarşısına 1000 nəfərədək adam toplaşıb. Onların əksəriyyəti Berluskoninin əleyhdarlarıdır. İtaliyanın bah naziri istefa barədə qərarı noyabrın 8-də parlamentin aşağı palatasında səs çoxluğundan məhrum olduqdan sonra qəbul edib. Onun istefasından əvvəl parlament ölkədə iqtisadi vəziyyətin stabilləşməsi ilə bağlı planı qəbul edib. Planda Avropa Birliyinin rəhbərliyi ilə razılaşdırılmış böhran əleyhinə tədbirlər də var. Silvio Berluskoni bir müddət əvvəl vəd edib ki, bundan sonra seçkilərdə iştirak etməyəcək. Amma o baş nazir postundan getdikdən sonra nə ilə məşğul olacağını açıqlamayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA