Azərbaycanın məsələsi AŞPA Komitəsinin gündəliyinə salındı

img

10-11-2011 [03:03]


Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Parisdə keçiriləcək Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq məsələləri üzrə Komitənin iclasının gündəliyinə salınıb. Toplantıda Azərbaycandakı vəziyyətdən əlavə İnsan Haqları üzrə Avropa Konvensiyanın AŞ-ya üzv ölkələdə nüfuzu və təsiri, Avropa Konvensiyasının protokoluna milli azlıqlarla bağlı əlavələrin müzakirəsi, Bolqarıstanda qaraçıların vəziyyəti və sair məsələlər müzakirəyə çıxarılacaq. Azərbaycan məsələsi Paris vaxtı ilə saat 15.00-də müzakirə olunacaq. Məruzəçi Kristofer Ştrasserin yarım saatlıq çıxışından sonra tədbirə ekspert qismində dəvət olunmuş ?İnsan Haqları Uğrunda? İctimai Birliyin sədri Eynulla Fətullayev çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA