Avropa ittifaqının ali nümayəndəsi Bakıya gəlir

img

08-11-2011 [03:32]


Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton noyabrın 15-16-da Azərbaycana səfərə gələcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, səfər çərçivəsində K.Eşton Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi fonunda Aİ ilə əməkdaşlıq məsələsi də müzakirə olunacaq. Bununla yanaşı, viza rejiminin sadələşdirilməsinə məsələsi də diqqət mərkəzində olacaq. Qeyd edək ki, K.Eşton Azərbaycana Cənubi Qafqaz regionuna səfəri çərçivəsində gələcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA