Türkiyədə zəlzələdə ölənləri sayı 500-ü ötdü

img

27-10-2011 [05:36]


Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır. Son məlumata görə, ölənlərin sayı 523 nəfərə çatıb, 1650 insanın isə yaralandığı bildirilir. İndiyə qədər dağıntıların altından 185 insanın sağ çıxarılmasına müəvvəfəq olunub. Türkiyə mətbuatının yazdığına Baş nazir Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə başlayan yardım ksmpaniyasına indiyə kimi 7 milyon 380 min türk lirəsi yığılılıb. Bundan əlavə, 14 televiziya kanalı da birlikdə ?Van üçün tək ürək? yardım kampaniyasına başlayıb. Bura toplanan məbləğ bəlli olduqdan sonra ümumilikdə zəzlələ qurbanları üçün toplanan məbləğ açıqlanacaq. Hazırda ərazidə xilasetmə işlərinin davam etdirildiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA