Elmar Məmmədyarov Avstraliyanın Azərbaycanda akkreditə olunmuz Səfirini qəbul edib

img

27-10-2011 [05:30]


Xarici İşlər Naziri Elmar Məmmədyarov Avstraliyanın iqamətgahı Ankara şəhəri olmaqla Azərbaycan Respublikasında akkreditə olunmuş Səfiri İan Biqsi qəbul edib. Nazirlikdən verilən məlumata görə, səfir ilk öncə Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012 ? 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmiş və Azərbaycana uğurlar arzulamışdır. Görüş zamanı nazir Elmar Məmmədyarov Azərbaycanın enerji strategiyası və ölkəmizin müxtəlif regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı barədə Avstraliya Səfirinə məlumat vermişdir. Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və onun son durumu barədə danışan Nazir Elmar Məmmədyarov, münaqişənin həllində beynəlxalq ictimaiyyət tərəfindən yaranmış status-kvonun saxlanılmasının qəbul olunmaz olduğunu qeyd etmiş və münaqişənin nizamlanması üçün Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulamışdır. Səfir İan Biqs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmiş və münaqişənin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu vurğulamışdır. Tərəflər iki ölkə arasında hüquq ? müqavilə bazasının genişləndirilməsi və habelə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA