107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

Ağlamayana pəpə vermirlər...

img

31-07-2018 [23:16]


Teyyub Qənioğlu,
Təkamül Partiyasının sədri 

***

Tərkibi hökumət üzvlərindən ibarət olan Tarif Şurası yenə qiymət artımı barədə qərar verdi. Hələ bir dəfə də olsun eşitməmişik ki, Tarif Şurası hər hansı bir qrumun qondarma bəhanələri əsas gətirərək qiymət artımı ilə bağlı müraciətini rədd etsin. 

Ciddi devalvasiyaya, kəskin qiymət artımına, iki rəqəmli inflyasiyaya baxmayaraq əmək haqqı 1-2 ildən bir 10% artırılan ölkəmizdə müxtəlif xidmətlərin, eləcə də, qiyməti dövlət tərəfindən tənzimlənən malların qiymətləri 50-100% çivarında qaldırılır. Buna deyərlər "analoqu olmayan inkişaf edən ölkədə analoqu olmayan qiymət artımı"!!! 

Təbii, qiymətlərə vaxtaşırı yenidən baxmaq lazımdır. Qimətlərə yenidən baxılması təkcə onların artırılmasını nəzərdə tutmamalıdır. İqtisadiyyat inkişaf etdikcə, məhsul bolluğu yarandıqca qiymətlər aşağı salınmalıdır. Qiymətin bu və ya digər istiqamətlərdə dəyişdirilməsi kiminsə istəyi əsasında deyil, məhsul istehsalına, xidmətlərə sərf edilən xərclərə, yəni maya dəyərinə, əsaslanaraq həyata keçirilməlidir. 

Bakı metropolitenində gediş haqqı 50% qaldırılıb, 30 qəpik müəyyən edilib. Bakı metropoliteninin rəsmisi deyir ki, bu gün metroda bir nəfər üçün gediş xərci 47 qəpiyə bərabərdir! Kim bunu müəyyən edib? Metropoliten "mütəxəssislərimi"? Taarif Şurası bunu yoxlayıbmı? Təbii ki, yoxlamayıb, dəqiqləşdirməyib! "Bu onun işi deyil"!? Taarif Şurası qərarlarını ona təqdim edilən, "əsaslandırılmış təkliflər" əsasında qəbul edir. Bu zaman, təəsüf ki, yaşayışı gündən-günə çətinləşən insanları nəzərə almır. "Bu da onun işi deyi"l!!! İnsanların güzaranının yaxşılaşdırılması üçün tədbirlər görməli olanların isə buna "vaxtları yoxdur".İnsanlar isə unudurlar ki, "ağlamayana pəpə vermirlər"!
Digər xəbərlər
SON XƏBƏRLƏR