Nazarbayev Özbəkistan və Türkmənistana səsləndi

img

21-10-2011 [12:30]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Özbəkistan və Türkmənistanı Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qoşulmağa çağırıb.Qazaxıstanın dövlət başçısı Şuranın Almatıda keçirilən zirvə toplantısında səsləndirib. O, əsası 2009-cu ildə Naxçıvanda qoyulan Şuranın beynəlxalq struktura çevrilməsində maraqlı olduqlarını deyib. Onun fikrincə, şuranın katibliyi Özbəkistan və Türkmənistanla müvafiq razılaşmaların imzalanması məsələsini işləyib hazırlamalıdır. ?Sammit şuranın statusunun formalaşdırılması üçün birgə fəaliyyəti gücləndirəcək. Şuranın hüquqi əsasını təşkil edəcək sənədlər hazırlanıb. Mənim təklifimlə yaradılan Türkdilli Ölkələrin Parlament Assambleyası və Ağsaqqallar Şurası qurumun işinə mühüm töhfə verir?, deyə nazarbayev qeyd edib. Qazaxıstanın dövlət başçısı bu yaxınlarda yaradılan Türk Akademiyası tarixi köklərin öyrənilməsi və mədəniyyətin inkişafı üçün lazımi səylər göstərdiyini qeyd edib. Onun sözlərinə görə, Qazaxıstan elmi mərkəzin məhsuldar işinə hərtərəfli dəstək göstərir. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Almatıda başlayacaq birinci sammitində üç ölkənin - Azərbaycan, Qazaxıstan və Qırğızıstanın prezidentiləri İlham Əliyev, Nursultan Nazarbayev və Roza Otunbayeva iştirak edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA