Türkdilli Ölkələrin Əməkdazlıq Şurasının toplantısı bazlayıb

img

21-10-2011 [11:44]


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) birinci sammiti cümə günü Almatıda "İnterkontinental" otelində öz işinə başlayıb. Sammitdə Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentləri - İlham Əliyev, Nursultan Nazarbayev və Roza Otunbayeva iştirak edirlər. Türkiyəni sammitdə Baş nazirin müavini Bəkir Bozdağ təmsil edir. Qazaxıstan Prezidenti sammit iştirakçılarını salamlayıb və tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib. Nazarbayev qeyd edib ki, əldə olunan razılaşmaya uyğun olaraq, sammitin mövzusu türkdilli ölkələrin iqtisadi əməkdaşlığının inkişafı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA