Qəddafinin faciəvi sonu (yenilənib)

img

20-10-2011 [04:58]


Liviyada Milli Keçid Şurasının qüvvələri Sirt şəhərində Müəmmər Qəddafiyə sadiq qüvvələri öz mövqelərindən tamamilə sıxışdırdıqlarını bəyan ediblər. Müxalif qüvvələr devrilmiş lider Müəmmər Qəddafinin doğma şəhərində nəzarəti tamamilə ələ keçirdiklərini bildirirlər. Bölgədə olan kütləvi-informasiya vasitələrinin məlumatına görə, şəhərin ələ keçirilməsində həlledici hücuma yerli vaxtla səhər saat 8-də başlanılıb və 90 dəqiqə davam edən döyüşlərdən sonra Sirt üzərində nəzarət ələ keçirilib. Hazırda Milli Keçid Şurasının əsgərləri şəhərdə qələbəni bayram edirlər. Liviyanın Milli Keçid Şurası avqustda paytaxt Tripolinin ələ keçirilməsindən bəri gizlənən Müəmmər Qəddafinin ələ keçirildiyini və 2 ayağından yaralandığını xəbər verib. Təfərrüatlar məlum deyil. "Əl-Cəzirə" telekanalının məlumatına görə, Milli Keçid Şurasının rəsmisi Abdül Məcid bildirib ki, Qəddafi hər iki ayağından yaralı vəziyyətdə ələ keçirilib. Məlumata görə, Qəddafi Sirt yaxınlığında NATO hücumundan qaçmağa çalışarkən vurulub və daha sonra yaxalanıb. Rəsmilərin sözlərinə görə, Qəddafi "Vurmayın, vurmayın", deyə bağırdığını deyiblər. ABŞ isə Qəddafinin tutulduğunu hələ də təsdiqləməyib. Başqa bir xəbərə görə isə Qəddafinin oğlu Mutassım və Qəddafinin sözçüsü də saxlanıb. Qəddafi rejiminin müdafiə naziri Əbubəkr Yunus Cebirin də öldürüldüyü bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA