Azərbaycan XiN Türkiyəyə bazsağlığı verib

img

19-10-2011 [02:43]


Azərbaycan Xarici İşlər Nazirliyi PKK terrorçularının Türkiyədə törətdikləri silsilə terror hücumları ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib. Bu barədə nazirliyin mətbuat katibi Elman Abdullayev bildirib. ?Biz terrorun bütün təzahürlərini şiddətlə qınayır və qardaş türk xalqına başsağlığımızı çatdırırıq. Bir daha bəyan edirik ki, hər zaman qardaş türk xalqının yanındayıq?, - deyə XİN rəsmisi vurğulayıb. Qeyd edək ki, oktyabrın 18-də axşam Türkiyənin cənub şərqindəki Bitlis, 19-na keçən gecə isə Hakkari rayonları ərazisində PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib. Bitlidə baş verən terror hücumu nəticəsində 5 polis, Hakkaridə isə 26 hərbçi şəhid olub, 22 hərbçi isə yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA