TürkPA-nın baz katibi hesabat verəcək

img

19-10-2011 [02:38]


Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Türkdilli Ölkələrin Dövlət Başçılarının oktyabrın 20-21-də Qazaxıstanda keçiriləcək sammitində iştirak edəcək. R.Həsənovun Xarici İşlər Nazirlərinin toplantısında və Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə respublikaları prezidentlərinin iştirak edəcəyi sammitdə TürkPA-nın bir illik fəaliyyəti ilə bağlı hesabatla çıxışı nəzərdə tutulub. TürkPA katibliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində R. Həsənovun Türk Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı və TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşləri də planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA