AŞPA-nın yeni sədri məlum oldu

img

18-10-2011 [11:35]


Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında qurumun türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatır. Onu Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcək. O, 2012-2014-cü illərdə AŞPA sədri olacaq. Mövlud Çavuşoğlu AŞPA sədri vəzifəsinə 2010-cu il yanvarın 25-də seçilib. O, 1968-ci il fevralın 5-də Alanyada anadan olub. Ankara Universitetini bitirib. ABŞ-da magistr, Böyük Britaniyada doktorluq dərəcəsi alıb. Hakim Ədalət və İnkişaf Partiyasının qurucu üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA