Dmitri Medvedev ilham Əliyevi təbrik edib

img

17-10-2011 [06:33]


Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev azərbaycanlı həmkarı İlham Əliyevi Dövlət müstəqilliyinin 20 illiyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: "Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün respublika dinamik inkişaf edir, iqtisadiyyatda və sosial sahədə nəzərəçarpacaq uğurlar qazanır, regionda və dünyada xarici siyasi mövqelərini möhkəmləndirir. Bu əlamətdar gündə biz müasir demokratik dövlətin əsaslarının formalaşdırılması, Rusiya və Azərbaycan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox iş görmüş Azərbaycanın ümummilli lideri Heydər Əliyevə ehtiramımızı bildiririk. Bu illər ərzində Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilmiş strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də möhkəmlənməsinə qarşılıqlı niyyətlərimizi xüsusi məmnunluqla qeyd etmək istəyirəm. Əminəm ki, səmərəli siyasi dialoq, ticari-iqtisadi, investisiya, humanitar və digər sahələrdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxşaxəli ikitərəfli əməkdaşlığın dinamik inkişafına bundan sonra da kömək edəcək. Dost Azərbaycan xalqına səmimi qəlbdən sülh və tərəqqi arzulayıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA