Məmmədyarov UNESKO baz direktorunun müavini Yanis Karklinsi qəbul edib

img

11-10-2011 [11:26]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan UNESKO-nun Baş direktorunun müavini Yanis Karklinsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkəmizlə YUNESKO arasındakı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb və əlaqələrin səviyyəsindən məmnunluq bildirilib. Nazir Elmar Məmmədyarov YUNESKO-nun dünyada elm və mədəniyyətin inkişaf etdirilməsində rolunu vurğulayıb və bu istiqamətdə kifayət qədər mandata sahib olan bir institut olduğunu diqqətə çatdırıb. Görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun dünyada elm və mədəniyyətin üzləşdiyi çağırışları cavablandırmaqda mühüm rol oynayacağı vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA